Müğənni Nigar Camal sevdiyi şəxsə mahnı həsr edib.
“Yeni Sabah” xəbər verir ki, ifaçı bu haqda ARB TV-nin “Show_News” verilişində danışıb. Müğənni sevsə də, toy edib gəlinlikdə ərə getmək barədə düşünmədiyini bildirib:
“20 yaşım yoxdur ki, gəlinliklə toy edəm”. pizza mizza
O, həmçinin sevgililərini reklam edənləri ağılsız adlandırmaqdan da çəkinməyib:
“O uşaq-muşaqdır ki, çıxarım efirə ki, gəl səni görsünlər? Onunla “risofkalıq” edim? Bu, ağısızlıqdır”.
Xanım sənətçi qızlarını sərbəst böyütdüyünü, onların seçimlərinə hörmət edəcəyini də bildirib:
“Qızlarım İngiltərədə böyüyür. Onların tamam başqa psixologiyası var. Onlar gəlib mənə desə ki, “Sevirəm və mənə hörməti var” mən razı olaram. İstəyir İngiltərə şou-biznesindən olsun, istər bizdən olsun fərq etmir. Əsas odur ki, mənim qızlarım xoşbəxt olsun”.
Telegram kanalımız