Bu ailələrə 120 manat verilir

saytların hazırlanması

Evə çatdırılma

Bu ailələrə 120 manat verilir

Sosial

27 May 2025 16:52 629


Azərbaycanda ailə başçısını itirmiş şəxslərə dövlət tərəfindən aylıq sosial müavinət verilir.

Metbuat.az-ın məlumatına görə, müavinətin məbləği 120 manat təşkil edir.

Bu müavinət vəfat etmiş şəxsin uşaqlarına 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), əlilliyi olan 18 yaşından yuxarı uşaqlarına isə əlillik müddətinə qədər ödənilir. Vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən ailə üzvlərinə isə uşağın 8 yaşına çatana qədər bu müavinət verilir. Pepperoni pizza

Müavinət almaq üçün vətəndaşlar DOST mərkəzlərinə Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrinə və ya aidiyyəti qurumlara müraciət edə bilərlər.

Vətəndaşın sosial müavinət almaq hüququ olduqda, ödəniş ən çoxu müraciət tarixindən əvvəlki 3 ili əhatə edə bilər. Müavinət üçün müraciətə ən geci 10 gün ərzində baxılır və qərar verilir. Əgər imtina olunarsa, səbəblər göstərilməklə 5 gün ərzində müraciət edənə məlumat verilir. Şəxsin bu qərardan şikayət etmək hüququ da var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!