Bu avtobuslar da “BakıKart”a keçir

saytların hazırlanması

Evə çatdırılma

Bu avtobuslar da “BakıKart”a keçir

Sosial

13 Yanvar 2020 08:49 1066


Nağdsız ödəniş sisteminə keçəcək növbəti marşrut xətti üzrə avtobuslar müəyyənləşib.

Bakı Nəqliyyat Agentliyindən "Yeni Sabah"a bildirilib ki, növbədə 46 nömrəli müntəməz marşrut xətti üzrə avtobuslardır. Digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Nağd qaydada fəaliyyət göstərən avtobuslar mərhələli şəkildə xətlərdən çıxarılaraq onlarda müəyyən texniki montaj, kabelləşmə işləri görülür. Proses sərnişindaşımada fasiləsizliyin pozulmamasını, görülən işlərin sərnişinlərə təsir etməməsini nəzərə alınmaqla icra olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!