Bu avtobusların hərəkət marşrutu dəyişdirilir

saytların hazırlanması

Evə çatdırılma

Bu avtobusların hərəkət marşrutu dəyişdirilir

Sosial

16 May 2025 19:40 244


508 və 521 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq dəyişdirilir.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məlumat yayıb.

Bildirilir ki, mayın 17-dən “Pirşağı-Xırdalan-Novxanı-M4” avtomobil yolu layihəsi ilə əlaqədar, İlqar Abdullayev küçəsində (Masazır-Novxanı avtomobil yolu ilə birləşməsindən Saray Polis Bölməsinə qədər olan hissə) nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. pizza hut

"Məhdudiyyət səbəbindən 508 və 521 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Saray qəsəbəsinin Elnur Allahverdizadə küçəsi ilə təşkil ediləcək", - məlumatda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!