Bu avtomobil yolu yenidən qurulur

saytların hazırlanması

Evə çatdırılma

Bu avtomobil yolu yenidən qurulur

Sosial

10 İyul 2019 10:21 1317


Lerik rayonunun Lerik-Şinəband-Orand-Nuravud-Zərdəbərə avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Yeni Sabah”a daxil olan məlumata görə, bunun üçün yolun mövcud torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılır, bəzi ərazilərdə yatağın genişləndirilməsi işləri görülür. Ardınca qazılmış və genişləndirilmiş hissələrə yararlı qrunt tökülərək kipləşdirilir.

Bundan başqa suötürücü borular və küvetlər olmadığı üçün yol yatağı və yol əsası sel suları nəticəsində yuyulduğundan yol boyu layihəyə uyğun olaraq, avtoqreyderlə 18 min paqon-metr uzunluğunda küvetlərin açılması və müxtəlif diametrlərə malik 264 paqon-metr uzunluğunda suötürücü dəmir-beton boruların quraşdırılması və izolasiyası aparılır.

Ümumilikdə layihə çərçivəsində tikinti işləri 200 min kv.m sahəni əhatə edir.

Layihənin sonuncu mərhələsində yol boyu 69 ədəd yol nişanı və məlumatverici lövhə, 42 ədəd km göstəricisi, 320 ədəd siqnal dirəyi quraşdırılacaq, üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək.

Yerli əhəmiyyətli Lerik-Şinəband-Orand-Nuravud-Zərdəbərə yolu Lerikin şəhər mərkəzinə çıxışı təmin etməklə 4 min nəfərə yaxın əhalinin yaşadığı 4 məntəqəni birləşdirir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!