21 oktyabrdan etibarən AvtoVAZ şirkəti Lada Largus modelinin satışını məhdudlaşdırıb.
"Yeni Sabah" xəbər verir ki, qərar avtomobillərdə sükanın fırlanması ilə bağlı yaranan texniki problemlərin araşdırılması ilə əlaqədardır.
Rostandartın məlumatına görə, diler şəbəkəsində bütün Lada Largus avtomobillərinin satışı tam analiz başa çatana, komponentlər sınaqdan keçirilənə və materiallar araşdırılana qədər dayandırılıb. Toyuqlu pizza
Qurum əlavə edib ki, Lada Largus modeli Gömrük İttifaqının texniki standartlarına cavab vermir və əlavə nasazlıqlar aşkar edilib. Elə bu səbəbdən həmin modelin satışı ilin əvvəlində də müvəqqəti dayandırılmışdı. /Musavat.com
Telegram kanalımız