Bu ay 18 gün iş olmayacaq - Tarixlər

saytların hazırlanması

Evə çatdırılma

Bu ay 18 gün iş olmayacaq - Tarixlər

Sosial

01 Mart 2025 09:33 688


Mart ayında Azərbaycanda həm Novruz bayramının qeyd edilməsi, həm də Ramazan ayına təsadüf etdiyi üçün 18 gün iş olmayacaq.

“Yeni Sabah” xəbər verir ki, 20, 21, 22, 23, 24 mart tarixləri Novruz bayramı səbəbindən qeyri-iş günü sayılır.

Belə ki, 22, 23 mart tarixləri şənbə və bazar günü olduğundan əlavə olaraq 25, 26 mart tarixləri də tətil günü hesab edilir. Dominos pizza

Bundan əlavə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə qeyri-iş günlərinin yeri dəyişdirilib.

Bununla da 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Bununla da 27 və 28 mart tarixlərində də iş olmayacaq.

31 martda ölkəmizdə Ramazan bayramı qeyd olunduğundan həmin gün qeyri-iş günləri siyahısına daxil ediləcək.

Həmçinin, 1-2, 8-9, 15-16, 29-30 mart tarixləri də həftəsonuna təsadüf edir.

Ümumilikdə, martda 18 gün qeyri-iş günü hesab ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!