“Bu, Azərbaycanın maraqları nəzərə alınmaqla baş verəcək” - David Zalkaliani

saytların hazırlanması

Evə çatdırılma

“Bu, Azərbaycanın maraqları nəzərə alınmaqla baş verəcək” - David Zalkaliani

Dünya

26 Oktyabr 2020 16:22 863


“Gürcüstan hökuməti dövlət sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı məsələlərin həlli üçün fəal işə başlayıb”.

Yenisabah.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani deyib.

Nazir sərhədlə bağlı məsələləri ağır miras adlandırıb: “Lakin cəmiyyətimiz bilməlidir ki, bu məsələ dövlət maraqlarımız nəzərə alınmaqla mütləq həll olunacaq”. Sezar pizza

D.Zalkalianinin sözlərinə görə, sərhədlərin müəyyən edilməsi çox vacibdir, belə ki, dövlətçilik və vətən sərhəddən başlayır: “Əminəm ki, hökumətimizin başlatdığı proses məntiqi sona çatacaq. Bu, əlbəttə ki, həm Gürcüstan, həm də strateji tərəfdaşımız Azərbaycanın maraqlarını nəzərə almaqla baş verəcək”.

XİN başçısı qeyd edib ki, Ermənistanla da sərhədlərin müəyyən edilməsi istiqamətində işlər davam etdiriləcək: “Ermənistanla sərhədlərin demarkasiya və delimitasiyası məsələsini də həll edəcəyik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!