“Azərbaycan Beynəlxalq Bankı” (ABB) 2023-cü ilin III rübünü 250,9 milyon manat xalis mənfəətlə başa vurub.
"Yeni Sabah"ın hesablamasına görə, bu 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,5% və ya 40,9 milyon manat çoxdur.
2023-cü ilin yanvar-sentyabr aylarında bankın xalis faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,6% artaraq 479,6 milyon manata, qeyri-faiz gəlirləri isə 23,5% artaraq 164,5 milyon manata yüksəlib. pizza mizza
Hesabat dövründə bankın müştərilərə verdiyi kreditlərin həcmi (xalis) 27,6% artaraq 4,13 milyard manat təşkil edib.
2023-cü ilin ilk 9 ayında bankın ümumi depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 22,2% və ya 2,4 milyard manat azalaraq 8,3 milyard manata enib. Bu isə bankın depozit portfelinin 29%-i deməkdir.
Eyni dövrdə fiziki şəxslərin depozitləri 8% və ya 152 milyon manat artaraq 2,6 milyard manata çatıb. Hüquqi şəxslərin, yəni şirkətlərin bankdakı əmanətləri isə 29% və ya 2,5 milyard manat azalaraq 6,2 milyard manata düşüb.
Bank bu il 18,5% kiçilib. Belə ki, 2023-cü ilin oktyabrın 1-nə ABB-nin cəmi aktivləri ilin əvvəlinə nisbətən 2,6 milyard manat azalaraq 11,4 milyard manata enib. Paralel olaraq bank öhdəliklərinin həcmi 21,6% azalaraq 9,7 milyard manat təşkil edib. Bankın cəmi kapitalı isə ilin əvvəlinə nisbətən 4,8% artaraq 1,71 milyard manat təşkil edib.
Telegram kanalımız