Bu bankomat müştərilərə pul əvəzinə qızıl verir

saytların hazırlanması

Evə çatdırılma

Bu bankomat müştərilərə pul əvəzinə qızıl verir

Maraqlı

06 Dekabr 2022 17:53 933


Hindistanın Heydərabad şəhərində kredit və ya debet plastik kartları ilə qızıl sikkələr almağa imkan verən bankomat müştərilərə xidmət göstərməyə başlayıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Goldsikka” şirkətinin “Twitter” paylaşımında qeyd olunub.

“Qürur hissi ilə bildiririk ki, “qızıl bankomat”ı uğurla işə salmışıq. Bankomatda 5 kq qızıl yerləşə bilər”, - deyə şirkətin saytında bildirilir. Sezar pizza

Şirkət qeyd edib ki, bankomatdan çəkisi 0,5 qramdan 100 qrama qədər olan qəpikləri qəbul etmək olar. Bankomatın özəlliyi ondan ibarətdir ki, qızılın qiyməti real vaxt rejimində cihazın ekranında yenilənir.

Qeyd edək ki, qızıl bankomatlar kamera və siqnalizasiya sistemi ilə təchiz olunub. Tezliklə Heydərabadda hava limanı da daxil olmaqla daha 3 bankomat quraşdırılacaq. Yaxın 2 il ərzində şirkət bütün Hindistanda 3,000 belə bankomat quraşdırmağı və öz məhsulları ilə dünya bazarına çıxmağı planlaşdırır. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!