Bu bölgədə 320 ton mandalin pulsuz paylanıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bu bölgədə 320 ton mandalin pulsuz paylanıldı - Foto

Dünya

15 Dekabr 2025 23:27 1384


Hatayda tarlada qiyməti 2 lirəyə qədər düşən və yığım xərclərinə görə ağacdan toplanmayan 320 ton mandalin Hatay Böyükşəhər Bələdiyyəsi tərəfindən satın alınaraq vətəndaşlara pulsuz paylanıb.

“Yeni Sabah” xəbər verir ki, Hatay Böyükşəhər Bələdiyyəsi (HBB) kənd təsərrüfatı istehsalını gücləndirmək və ictimai həmrəyliyi artırmaq məqsədilə mühüm sosial dəstək layihəsini həyata keçirib. HBB-nin Kənd Təsərrüfatı Xidmətləri İdarəsinin koordinasiyası ilə həm yerli istehsalçını dəstəkləmək, həm də ehtiyac sahiblərinə çatdırmaq üçün Dörtyol, Erzin, Arsuz və Samandağ rayonlarından ümumilikdə 320 ton mandalin alınıb.

Alınan mandalinlər ehtiyaclı ailələrə, yataqxanalara, məktəblərə, konteyner şəhərciklərdə yaşayan vətəndaşlara çatdırılıb. Paylama prosesləri HBB-nin Səhiyyə və Sosial Xidmətlər İdarəsi tərəfindən həyata keçirilib. Bu yolla kiçik miqyaslı istehsalçıların məhsulları iqtisadiyyata qazandırılmaqla yanaşı, meyvə israfının da qarşısı alınıb. pizza mizza

Qeyd edək ki, Hatayın münbit torpaqlarında bu il mandalin bolluğu yaşanıb. Budaqları qırılacaq qədər çox olan mandalinlərin tarladakı qiyməti 2 TL-yə qədər enib.

Aydan Hacı 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!