Qardaş ölkədə günəşli günlərin ardınca fırtına hazırlıqlarına başlanılıb.
Yenisabah.az xəbər verir ki, Türkiyə Meteorologiya Ümumi Müdirliyi Qara dəniz, Mərmərə, Şimali Egey və Qərbi Aralıq dənizi üçün fırtına xəbərdarlığı edib.
Sabah günorta saatlarından başlayaraq Qərbi Qara dənizin qərbində küləyin şərq və şimal-şərqdən 6-8 (50-75 km/saat) gücündə tufan kimi əsəcəyi proqnozlaşdırılır. Tufanın axşam saatlarından sonra sönəcəyi gözlənilir. pizza
Mərmərə küləyinin sabah günorta saatlarından başlayaraq 6-8 (50-75 km/saat) gücündə tufan kimi şərq və şimal-şərqdən əsəcəyi proqnozlaşdırılır. Fırtınanın çərşənbə günü (19.03.2025) səhər saatlarında təsirini itirəcəyi ehtimal edilir.
Aytac Şahin
Telegram kanalımız