Bu bölgələrə yay yenidən qayıtdı – Temperatur 40 dərəcəyə çatacaq!

saytların hazırlanması

Evə çatdırılma

Bu bölgələrə yay yenidən qayıtdı – Temperatur 40 dərəcəyə çatacaq!

Dünya

16 Sentyabr 2025 12:03 11232


Türkiyə Meteorologiya Xidməti sabah ölkənin bir sıra bölgələrində havanın kəskin istiləşəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Yenisabah.az xəbər verir ki, 11 şəhərdə temperatur normadan xeyli yuxarı qalxacaq.

Məlumata görə, Manisa və Aydın şəhərlərində sabah havanın temperaturu 40 dərəcəyə yaxınlaşacaq. Digər 9 şəhərdə də oxşar vəziyyət gözlənilir. Rəsmi qurum sakinləri günün ən isti saatlarında – saat 11:00-dan 16:00-a qədər açıq havada uzun müddət qalmaqdan çəkinməyə çağırıb. Dominos pizza

Meteoroloqlar xəbərdarlıq edir ki, güclü istilər sağlamlıq üçün risk yarada bilər. Xüsusilə yaşlılar, uşaqlar və xroniki xəstəlikləri olanların diqqətli olması tövsiyə olunur.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!