“Bu, böyük bir uğurdur“ - Elnur Məmmədli

saytların hazırlanması

Evə çatdırılma

“Bu, böyük bir uğurdur“ - Elnur Məmmədli

İdman

04 Avqust 2024 11:25 720


Fransalıları Azərbaycan himnini dinləməyə vadar etdik.

Yenisabah.az report-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli deyib.

“Ən böyük sevindirici hal odur ki, Fransanın Paris şəhərində Fransa xalqını, dövlətini himnimizi dinləməyə, bayrağımıza baxmağa vadar etdik. Bu, böyük bir uğurdur. Tarixdə ilk dəfədir ki, iki cüdoçumuz qızıl mükafat qazanıb. Bu uğurun arxasında Gənclər və İdman Nazirliyi, Cüdo Federasiyası, məşqçiləri, həkimlər var. Hamımız çiyin-çiyinə verib bu uğura nail olmuşuq”, – o qeyd edib. Pepperoni pizza

Xatırladaq ki, Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış cüdoçular Hidayev Heydərov və Zelim Kotsoyev, həmçinin onlarla birgə mübarizə aparmış azərbaycanlı cüdoçular Bakıya qayıdıblar


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!