Bu bürclər bir yerdə ola bilməz – Astroloqlar xəbərdarlıq edir

saytların hazırlanması

Evə çatdırılma

Bu bürclər bir yerdə ola bilməz – Astroloqlar xəbərdarlıq edir

Sosial

15 Oktyabr 2025 20:27 464


İnsanların çoxu bürcləri oxuyarkən, əsasən kimlə uyğun gəldiklərini öyrənməyə çalışır. Amma münasibətlərdə təkcə uyğunluq deyil, ziddiyyət də böyük rol oynayır. Elə bürclər var ki, onlar bir araya gəldikdə sanki odla su qarşılaşır.

Astroloqlar bu dəfə ən çox toqquşan bürc cütlüklərini açıqlayıblar.

Yenisabah.az bir-biri ilə əsla anlaşa bilməyən bürcləri təqdim edir: pizza

Qoç – Lider ruhlu və inadkar Qoçlar öz fikrindən asanlıqla dönmür. Bu da onları Şir, Əqrəb və Dolça ilə tez-tez qarşı-qarşıya gətirir. Çünki bu bürclər də eyni dərəcədə iddialıdır.

Buğa – Sakit görünmələrinə baxmayaraq, fikirlərində dəyişiklik sevməzlər. Bu xüsusiyyət Xərçəng, Oğlaq və Tərəzi kimi fərqli düşünən bürclərlə ziddiyyət yaradır.

Əkizlər – Maraqlı, lakin dəyişkən təbiətləri ilə tanınan Əkizlər üçün sabit və ciddi bürclərlə yola getmək çətindir. Qız, Oxatan və Balıq onlara səbr göstərə bilmir.

Xərçəng – Hissləri ilə yaşayan bu bürc üçün soyuq və realist Oğlaq əsl “emosional düşmən”dir. Xərçəng anlayış, Oğlaq isə plan axtarır – nəticədə, iki fərqli aləm yaranır.

Şir – Özünə güvənən və diqqət mərkəzində olmağı sevən Şir bəzən Buğa, Əqrəb və Dolça tərəfindən eqoist sayılır. Bu da münasibətdə daim gərginlik yaradır.

Qız – Hər şeyin qaydasında olmasını istəyən Qız bürcü Oxatan, Qoç və Şir kimi spontan bürclərlə çox çətin yola gedir.

Tərəzi – Hər kəslə harmoniya arzulasa da, Qoç, Xərçəng və Oğlaq üçün onun tərəddüdlü davranışları dözülməz ola bilər.

Əqrəb – Sirrli, dərin və bəzən idarəçi təbiətləri ilə seçilən Əqrəblər Şir, Dolça və Buğa ilə qarşı-qarşıya gəlməyə meyllidirlər.

Oxatan – Macəra və azadlıq sevən Oxatan üçün Əkizlər, Qız və Balıqlar çox "emosional" və "darıxdırıcı" görünür.

Oğlaq – Planlı və məsuliyyətli Oğlaqlar Xərçəng, Tərəzi və Qoç kimi impulsiv bürclərlə ortaq dil tapa bilmir.

Dolça – Azadlıqsevər Dolçalar Buğa, Qız və Oğlaq kimi torpaq elementləri ilə anlaşmaqda çətinlik çəkirlər.

Balıq – Həssas və xəyallara qapılan Balıqlar üçün Əkizlər, Qız və Oxatan bürcləri çox sərt və reallıq yönümlü görünür.

Qeyd edək ki, bürclər arasındakı ziddiyyətlər bəzən qaçılmazdır, amma bu o demək deyil ki, bu bürclər əsla anlaşa bilməz. Sadəcə, bir-birini başa düşmək üçün daha çox səylə yanaşmaq lazımdır.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!