Bu bürclər ehtiyatlı olsun! - Ay tutulması ən çox sizə təsir edəcək

saytların hazırlanması

Evə çatdırılma

Bu bürclər ehtiyatlı olsun! - Ay tutulması ən çox sizə təsir edəcək

Şou

17 İyul 2019 09:50 2717


16-17 iyul Ay tutulması bürclərə təsirsiz ötüşməyəcək.

“Yeni Sabah” türkiyəli məşhur astroloq Aygül Aydının Ay tutulmasının bürclərə təsiri ilə bağlı pronozlarını təqdim edir:

Qoç:

Fiziki və mənəvi yorğunluq hiss edəcəksiniz. İş yerinizdə də hər şey ürəyinizcə olmayacaq. Əsəbinizi ev əhlindən çıxarmayın, sonar onların könlünü almaqda çətinlik çəkə bilərsiz. Səbrli olun. Avqustun 2-dən sonra vəziyyətiniz yaxşılığa doğru gedəcək.

Buğa:

Buğa bürclərini təhsildə uğurlar gözləyir. Bu dönəmdə əsəblərinə hakim olmağı bacarmalıdırlar. Buğalar bu vaxt ərzində düşüncələrini dilə gətirməkdən çəkinməyəcəklər.

Xərçəng:

Xərçənglər daha həssas olacaqlar. Subay olanları müjdəli xəbərlər gözləyir. Uzun müddət münasibətləri olanlar isə evlilik qərarı ala bilərlər.

Şir:

Şir bürclərini bu dövr iş yeri ilə əlaqəli dəyişikliklər gözləyir. İstədikləri  və əldə etmək üçün və çox çalışdıqları hədəflərinə çatacaqlar. Maddi məsələlərlə də bağlı şad xəbərlər alacaqlar.

Tərəzi:

Yeni münasibətlərə başlaya bilərlər. Bu günlərdə görüşəcəkləri yeni adamlar barəsində diqqətli olmalı, hisslərini biruzə verməməlidirlər.

Əqrəb:

Ay tutulması uzaqdakı tanışlarla əlaqə yaratmağa kömək olacaq. Bu vaxtlarda pessimist düşüncələrdən uzaq olmalısınız.

Oxatan:

Sizi tənqid edən insanları  yola verməyə çalışın. Yaxın münasibətlərdə məsafəni qorumaq tərəfdarısınız. Emosional məsələlərdə daha həssas davranmağa çalışın.

Oğlaq:

Həyatınızla bağlı yeni səhifələr aça, yeni qərarlar ala bilərsiniz. Köhnələn hər şeyi geridə qoymaq üçün ideal zamandır.

Dolça:

Ay tutulması dövrü keçmişlə üzləşmək üçün yaxşı vaxtdır.  Travmalarınızla üzləşib, zehninizi təmizləməyə cəhd edə bilərsiniz. Meditasiya və yoqa sizə müsbət təsir göstərəcək.

Balıq:

Merkurinin geri getməsilə əlaqədar olaraq daha emosional ola bilərsiniz. Duyğularınızın sizi tamamilə ələ keçirməsinə icazə verməyin.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!