“Dünyanın bir çox ölkəsində bu cür hallar baş verəndə dərhal istefa verilir və araşdırma aparılır”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Mədəniyyət Nazirliyindəki həbslərə münasibət bildirərkən deyib.
O, “Yeni Müsavat” qəzetinin sosial şəbəkə üəzrindən yayımlanan “Canlı debat” verilişinin qonağı olarkən bildirib ki, Azərbaycanda 29 il ərzində könüllü istefa qeydə alınmayıb. Marqarita pizza
“Rüşvətxorluq və korrupsiyaya qurşananda, vəzifəsinin öhdəsindən gələ bilməyəndən vəzifəsindən uzaqlaşdırılıblar. İndi isə bizdə də buna mərhələlərlə gedirik. Mən hesab edirəm ki, son zamanlar yüksək vəzifəli məmurlara qarşı aparılan tədbilər kampaniya xarakteri almamalıdır. Vətəndaşlar da aparılan işlərdən razıdır”, - deyə deputat vurğulayıb.
İcra hakimiyyətlərində keçirilən xüsusi əməliyyatların Bakı rayonlarını əhatə edib-etməyəcəyinə gəlincə, Siyavuş Novruzov deyib: “Hazırda bütün faktlar ciddi şəkildə araşdırılır və fakt olmadan kiməsə rüşvətxor demək olmaz”.
Telegram kanalımız