Türkiyədə daha bir maraqlı hadisə yaşanıb.
“Yeni Sabah” xəbər verir ki, ərinə qaraciyərini bağışlayan qadın indi onu geri istəyir.
Bu məsələ Türkiyənin ATV kanalında yayımlanan “Tatlı sərt” verilişində gündəmə gətirilib. Belə ki, efirə çıxan Melike Özmen adlı qadın qaraciyərini verdiyi 12 illik əri tərəfindən aldadıldığını və indi həmin orqanını geri istədiyini deyib. Marqarita pizza
Bildirilir ki, həmin qadın həyat yoldaşı serroz xəstəsi olduğu üçün 2013-cü ildə ona qaraciyərini verib. Lakin kişi sağaldıqdan sonra başqa qadınla ona xəyanət edib. Aldadıldığını öyrənən qadın, qəlbinin qırıldığını və qaraciyərini geri istədiyini bildirib.
Xəyanətə uğrayan M. Özmen bu barədə əri ilə mübahisə etdikdən sonra evdən qovulub.
Telegram kanalımız