Tanınmış teleaparıcı, prodüser Tarix Əliyev (Tolik) anası ilə birgə görüntülərini yayımlayıb.
Yenisabah.az xəbər verir ki, aparıcının anası Sara xanım uzun illər sonra Bakıya dönüb. Bu barədə sosial şəbəkə hesabında paylaşım edən Tolik məlumat verib:
"Axır ki, anam 5 ildən sonra Bakıya gəlib çıxdı. Bakı üçün darıxmışdı, əsas da əzizləri üçün. Xoş gəlmisən, ana. Həmişə evində eşiyində... Sabahdan da istirahətin başlayır, sənə xoş istirahətlər". Dominos pizza
Almaniyada yaşayan Sara xanım Bakı üçün darıxdığını, lakin heç vaxt burada yaşaya bilməyəcəyini deyib:
"Bakı üçün darıxmışdım. Heç vaxt burada yaşaya bilmərəm, ancaq orada qalacağam. Bakı üçün, doğmalarım üçün, sənin üçün darıxıram, Tolik. Sənin deyinməyin üçün darıxıram".
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız