Bu dağ silsiləsi ordumuzun nəzarətinə keçdi - Ermənilər geri çəkilir

saytların hazırlanması

Evə çatdırılma

Bu dağ silsiləsi ordumuzun nəzarətinə keçdi - Ermənilər geri çəkilir

Hadisə

09 May 2024 13:46 5088


“Məndə olan məlumatlara görə, Ermənistan ordusunun Tavuş istiqamətində dayandığı əlverişli mövqelər Azərbaycan ordusunun nəzarətinə keçib. Bu mövqelər bizə yüksək taktiki-strateji üstünlüklər verirdi. Həmin mövqelər Ermənistan tərəfindən minalardan təmizlənərək, təhvil verilib”.

Publika.az xəbər verir ki, bu barədə erməni hərbi ekspert Van Hambardzumyan deyib.

Onun sözlərinə görə, Azərbaycan bir güllə belə atmadan bu mövqeləri nəzarətə götürdü: “Hazırda həmin istiqamətdə Azərbaycan ordusu bütöv bir dağ silsiləsinin başında mövqelənib. Fikrimcə, baş verənlər kapitulyasiyadır. Əslində Azərbayca tezliklə anklavlara yaxınlaşacaq. İndi proses sərhəd bölgəsində gedir, lakin 4 kəndin qaytarılması hər şeyin bitməsi yox, başlanmasıdır”. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!