Bu dairələrdə ciddi araşdırma aparılacaq - SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Bu dairələrdə ciddi araşdırma aparılacaq - SİYAHI

Siyasət

10 Fevral 2020 00:12 1502


Bu gün keçirilən parlament seçkilərində 7 dairədə ciddi pozuntularla bağlı müraciətlər olub.

"Yeni Sabah" xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında MSK sədri Məzahir Pənahov bildirib.

O, qeyd edib ki, bu dairələrdə baş verənlər gecikdirilmədən araşdırılacaq: "33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü seçki dairələrindən bizə ciddi iradlar daxil olub. Bu dairələri gecikdirmədən araşdıracağıq. Dominos pizza

Bundan başqa 60 saylı Salyan-Neftçala, 74 saylı Lənkəran kənd, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan, 81 saylı Beyləqan seçki dairələrindən bizə ciddi iradlar daxil olub. Günü sabahdan çox ciddi addımlar atacağıq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!