Ötən il “Tottenhem” - “Liverpul” arasında keçirilən UEFA Çempionlar Liqasının final oyununda (0:2) bikinidə meydana çıxan Kinsi Volanski yenə gündəmə gəlib.
“Yeni Sabah” xarici KİV-ə istinadən xəbər verir ki, model bu dəfə Avstriyada keçirilən kişilər arasında xizəksürmə üzrə dünya çempionatında eyni addımı atıb.
O, oyun zamanı alt paltarında meydana daxil olub. Model bir neçə gün əvvəl helikopter qəzasında həyatını itirən əfsanəvi basketbolçu Kobe Brayantı yad edib. O, 42 yaşlı idmançıya həsr olunan “RIP LEGEND KOBE” yazılan pankart nümayiş etdirib. pizza sifarişi
Volanskinin bu addımı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və tənqid edilib.


Telegram kanalımız