Bu dəfə Zümrüdün adından dələduzluq etdilər

saytların hazırlanması

Evə çatdırılma

Bu dəfə Zümrüdün adından dələduzluq etdilər

Şou

28 Dekabr 2024 17:06 727


Aparıcı Zümrüd Bədəlovanın adından dələduzluq edilib. 

Yenisabah.az xəbər verir ki, tanımadığı şəxs onun adından dostlarına yazaraq pul istəyib. Həmin görüntüləri yayımlayan Zümrüd bunları yazıb:

"Bu dələduzun nömrəsi ilə tapılmağını istəyirəm. Adı Mürsəl Sadıqovdur. Bu dələduzların əlindən necə yaşayaq. Mənim adımdan yazan heç kimə inanmayın. Görəsən, bu dələduzluq nə zaman bitəcək? Allah bəlanızı versin. Heyif ki, sizin kimi adamlar yaşayır". Marqarita pizza

Qeyd edək ki, bundan əvvəl Əməkdar artist Sənubər İsgəndərlinin, rəqqasə Rəna Ağamuradova (Renka), aparıcı Mətanət Əliverdiyeva, İlkin Həsəni, aktrisa Pərvin Abıyevanın da başına bənzər hadisə gəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!