“Bu dəhşətli müharibədir, Aprel deyil, bağışlayın…” - Şok etiraf

saytların hazırlanması

Evə çatdırılma

“Bu dəhşətli müharibədir, Aprel deyil, bağışlayın…” - Şok etiraf

Dünya

08 Oktyabr 2020 08:56 14852


Cəsədlərin toplanması, itkin düşənlərin siyahısının hazırlanması üçün böyük qrup fəaliyyət göstərir.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Ermənistan müdafiə nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan deyib.

O, çoxsaylı ailənin sosial şəbəkədə oğlanlarının fotosunu yaymasına və itkin düşənləri axtarmalarına bu cür reaksiya verib: pizza mizza

“Cəbhədə şiddətli döyüşlər gedir. Bu, cəsədlərin axtarılmasını çətinləşdirir. Digər tərəfdən, komandirlər də ölənlərlə bağlı statistikanı apara və vaxtında bizə məlumat verə bilmirlər”.

Ovannisyan ölənlərin siyahısını açıqlayarkən “əllərində olan meyitlərə görə” davrandıqlarını da bildirib, övladlarını axtaran çoxsaylı ailələrdən isə üzr istəyib:

“Düzgün başa düşün: bu, tamamilə fərqli müharibədir, bu, sadəcə dəhşətdir - nə birinci müharibəyə (Birinci Qarabağ savaşı nəzərdə tutulur – red.), nə də Aprel savaşına bənzəyir. Biz əsgər valideynlərindən üzr istəyirik". /Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!