Bu deputat danışmır, ancaq şəkil çəkdirir -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Bu deputat danışmır, ancaq şəkil çəkdirir - FOTOLAR

Siyasət

14 Noyabr 2025 10:57 6862


Milli Məclisin daha bir passiv deputatının adı məlum olub.

“Yeni Sabah” bildirir ki, parlamentin gənc deputatlarından biri Mircəlil Qasımlı plenar iclaslarında heç vaxt çıxış etmədiyi üzə çıxıb. Qanunverici orqanın fəaliyyətini işıqlandıran jurnalistlərin dediyinə görə, Mircəlil Qasımlı nəinki Milli Məclisin sessiyalarında, hətta komitələrin iclaslarında da çıxış etmir.

Parlament jurnalistləri gənc deputatla bağlı maraqlı müşahidələrini bölüşüblər. Onlar plenar iclaslarda danışmağa meylli olmayan Qasımlı şəkil çəkdirməyə çox həvəsli olduğunu bildiriblər. Qeyd ediblər ki, deputat hər iclasda ən azı 3-4 şəkil çəkdirərək özünün sosial şəbəkə hesabında paylaşır. pizza hut

Mircəlil Qasımlı 1992-ci ildə anadan olub. O, 23 yanvar 2024-cü ildə 123 saylı Kəlbəcər seçki dairəsindən Milli Məclisin deputatı seçilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vaqif
    Danışıq qabiliyyətləri olmayan ( lal) insanların da milli məclisdə təmsil olmaq hüququ vardır.
    6 months ago
  • Cavanşir Sadıqov
    Danışacaq, hələ cavandır. Yaşlılar, dəfələrlə "seçilənlər" - danışırlar bəyəm? Danışanda da, heç nə - mənasız! Yaxşısını bu edir, danışma!
    6 months ago