Bu deputatlar yeni Milli Məclisdə olmaya bilər - ADLAR 

saytların hazırlanması

Evə çatdırılma

Bu deputatlar yeni Milli Məclisdə olmaya bilər - ADLAR 

Siyasət

02 İyul 2024 13:47 623


Sentyabrın 1-də keçiriləcək növbədəkənar seçkilərlə formalaşacaq VII çağırış Milli Məclisdə bir sıra tanınmış deputatlar yer almaya bilər. 

Yenisabah.az “AzPolitika”-ya istinadla bildirir ki, buna səbəb yaş faktoru, millət vəkili kimi fəaliyyətlərinin hakim partiyanı qane etməməsi və digər səbəblərdir.

Məlumatda qeyd olunur ki, yeni Milli Məclisdə keçmiş spiker Oqtay Əsədovun, Naxçıvan MR Ali Məlisinin keçmiş sədri Vasif Talıbovun, deputatlar Ülviyyə Həmzəyevanın, Aqiyə Naxçıvanlının, akademik Ziyad Səmədzadənin, Eldar İbrahimovun, Könül Nurullayevanın və İqbal Məmmədovun yer almayacağı gözlənilir.  Marqarita pizza

Mənbələr bildirirlər ki, 114 saylı Şəki şəhər Seçki Dairəsindən seçilmiş iqtisadçı alim, deputat Əli Məslimli də mandat almaya bilər. MSK-nın apardığı yerdəyişmələr nəticəsində bu dairə ləğv olunub, seçki məntəqələri isə digər dairələrin hüdudlarına daxil edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!