Bu deputatların toxunulmazlığının ləğvi istənilir -   Sənəd parlamentə göndərildi

saytların hazırlanması

Evə çatdırılma

Bu deputatların toxunulmazlığının ləğvi istənilir - Sənəd parlamentə göndərildi

Dünya

24 Fevral 2026 16:21 478


Türkiyənin əsas müxalifət partiyası olan Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl və daha üç millət vəkilinin deputat toxunulmazlığının ləğv edilməsi ilə bağlı sənədlər Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.

“Yeni Sabah” DHA-ya istinadən xəbər verir ki, Ö.Özəl, CHP-nin parlamentdəki deputat fraksiyası rəhbərinin müavini və paytaxt Ankaradan seçilən deputatlar Murat Əmir, Yunus Əmrə barəsində Prezident Administrasiyası tərəfindən hazırlanan təqdimatlar qanunverici orqanın rəhbərliyinə daxil olub.

TBMM rəhbərliyi sənədləri baxılması üçün qurumun Konstitusiya və Ədalət Komissiyasına göndərib. Komissiyada aparılacaq müzakirələrdən sonra məsələ ilə bağlı yekun qərarın verilməsi üçün parlamentin plenar iclasında müzakirəyə çıxarılması mümkündür. pizza hut

Deputat toxunulmazlığının ləğvi proseduru Türkiyədə millət vəkillərinin cinayət məsuliyyətinə cəlb olunmasına hüquqi imkan yaradan konstitusion mexanizm hesab olunur. Bu prosesin davamı olaraq komissiyanın rəyindən sonra son qərarı parlament verir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!