“Qanuna edilən yeni dəyişiklik vəkillik sahəsinə çox mənfi təsir edəcək. Vəkillikdə ümumiyyətlə, şifahi imtahana ehtiyac yoxdur”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında millət vəkili Fazil Mustafa “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna edilən dəyişikliyə münasibət bildirirərkən deyib. Onun sözlərinə görə, bu məsələ test imtahanı ilə yekunlaşmalıdır:
“Vəkillikdə test imtahanı verdin, normal nəticə göstərdin kifayətdir. Şifahidə nəyi öyrənəcəklər? Azərbaycan vətəndaşıdır, dövlətə sədaqətlidir, dövlətin də hüdudlarını tanıyır. Vəkillər vətəndaşın hüququnu müdafiə edir. Kiminsə nitqində fiziki qüsur ola bilər, bu da baxır onunla müqavilə bağlayan insana. Kimsə maraqlı olmasa onunla müqavilə bağlamaz. Yoxsa bu, bürokratik əngəldir. Bunu aradan qaldırmaq lazımdır”. pizza mizza
Qeyd edək ki, bu gün “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər təsdiq edilib. Dəyişikliyə əsasən, ixtisas imtahanının şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçə bilməyən şəxs həmin müsahibədən sonra bir il ərzində keçirilən ixtisas imtahanlarında iştirak edə bilməz.
Əsmər Qabil
Telegram kanalımız