Bu dövlət qurumu müraciətə gec cavab verdiyi üçün cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Bu dövlət qurumu müraciətə gec cavab verdiyi üçün cərimələndi

Sosial

05 Fevral 2020 09:14 1220


Yasamal Rayon Məhkəməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun cərimələnməsinə dair verilmiş şikayətə baxılıb. 

"Yeni Sabah" xəbər verir ki, Fond hüquqi şəxsin sorğusuna beş gün müddətində cavab vermədiyi üçün 300 manat məbləğində cərimələnib.

İnzibati Xətalar Məcəlləsinin 347-ci (hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan beş gün müddətində verilməməsinə görə) maddəsi ilə ittiham edilib.  Pepperoni pizza

Yasalam Rayon Məhkəməsinin qərardadından verilən şikayətə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!