Bu dövlət qurumunda yeni təyinatlar

saytların hazırlanması

Evə çatdırılma

Bu dövlət qurumunda yeni təyinatlar

Sosial

08 Fevral 2020 19:36 1058


Aqrar Sığorta Fondunun rəhbərliyi formalaşdırılıb. Qurumun İdarə Heyətinə sədr və müavin təyinatı olub.

"Yeni Sabah" xəbər verir ki, Fuad Sadıqov İdarə Heyətinə sədr, Firdovsi Ağaşirinov isə sədrin müavini təyin olunub.

Xatırladaq ki, Fond aqrar sığorta sisteminin təşkilini, inkişafını, dayanıqlılığını və fasiləsiz fəaliyyətini, idarəedici qurumun formalaşdırılmasını təmin etmək və onun fəaliyyətinə nəzarət etmək, habelə idarəedici qurum ləğv edildikdə, yenisinin formalaşdırılmasını təmin etmək məqsədilə yaradılıb.  pizza sifarişi

Fondun idarəetmə orqanları Himayəçilik Şurası və İdarə Heyətidir. Şura Fonda ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. Fondun nizamnaməsinə əsasən, Şura Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (bundan sonra – Nazirlik) (2 nəfər), Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (1 nəfər), Bankın (1 nəfər), fermerlər assosiasiyasının (1 nəfər) nümayəndələrindən olmaqla, 5 üzvdən ibarət olmalıdır. Şuranın üzvləri 3 il müddətinə təyin edilir və ictimai əsaslarla fəaliyyət göstərir. Onlar növbəti müddətlərə yenidən təyin edilə bilərlər.

Fondun fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirir. Nizamnaməyə əsasən, İdarə Heyəti 3 üzvdən – Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədrdən, müavindən və bir üzvdən ibarət olur. İdarə Heyətinin üzvləri 5 il müddətinə təyin edilir. Onlar növbəti müddətə yenidən təyin edilə bilərlər.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!