“Bu dünyada ən uğurlu işim özümə qəbir qazdırmaq olub” - Ağamirzə

saytların hazırlanması

Evə çatdırılma

“Bu dünyada ən uğurlu işim özümə qəbir qazdırmaq olub” - Ağamirzə

Şou

23 Dekabr 2019 09:09 1140


Meyxanaçı Ağamirzə “Ay Zaur” proqramında qonaq olub.   

“Yeni Sabah” xəbər verir ki,  ifaçı verilişdə ailəsi haqda maraqlı açıqlamalar verib. O bildirib ki, ailə üzvləri göyərti əkməklə məşğuldur:

“Bizim ailədə bugünədək spirtli içki içilməyib. Bir dəfə qardaşımın boğazında problem yaranmışdı. Həkim məsləhət görmüşdü ki, araqla kompres etmək lazımdır. Atam demişdi ki, uşaq ölsə də, bu evdə spirtli içki olmayacaq. Atam dindar adam olub. 1 bacı və 5 qardaşıq. İndi də göyərti əkib satırlar. Hələ qardaşımlarından biri ailəsi ilə saat 9-dan sonra çölə çıxmır. 20 il bundan qabaq da, indi də yaxşı dolanır. Zəhmət çəkən insan ac qalmır”. Dominos pizza

Meyxanaçı özü üçün qəbir hazırlatmasından da danışıb:

“Yataq xəstəsi olmaqdan qorxuram. Başqasına əziyyət vermək çox pisdir. Allah məsləhət bilirsə, 10 yerə parçalanır. Özüm üçün qəbir qazdırmışam, üstünü də örtmüşəm. Bu dünyada ən uğurlu işim budur. Bu dünyada bir qəbir qazanmışam. Hər şey gəldi-gedərdi”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!