Bu ərazidə qanunsuz tikililər sökülüb

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazidə qanunsuz tikililər sökülüb

Sosial

19 Fevral 2025 15:46 189


Biləsuvar rayonunda qanunsuz tikililər sökülüb.

Yenisabah.az xəbər verir ki, rayonun Əliabad kənd sakini Quluzadə Elvin Abbas oğlu tərəfindən müvafiq icazəverici sənədlər olmadan rayonun İran İslam Respublikası istiqamətindəki magistral avtomobil yolunun mühafizə zolağına və vətəndaş Miriyev Adil Pirverdi oğlu tərəfindən icarəyə götürülmüş dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı əkin sahəsinin müəyyən hissəsinə aid olmaqla qanunsuz olaraq yanacaqdoldurma məntəqəsinin və digər yardımçı obyektlərin tikintisinin aparılması faktları aşkar edilib.

Biləsuvar Rayon İcra Hakimiyyəti, Əmlak Məsələləri Dövlət Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi və Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikililər sökülüb. pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!