Bu ərazidə qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazidə qaz olmayacaq

Sosial

09 Oktyabr 2025 18:47 331


Hövsan südçülük sovxozunun qaz təchizatında məhdudiyyət yaranacaq. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. 

Bildirilib ki, qaz xəttinin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar oktyabrın 10-u, saat 10:00-dan işlər tamamlananadək Hövsan südçülük sovxozunu qazla təmin edən kəmərdə qaz təchizatı dayandırılacaq. pizza

Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Hövsan südçülük sovxozunun qaz təchizatında fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!