Bu ərazidə üzmək qadağan edildi –   Əraziyə hərbçilər göndərildi

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazidə üzmək qadağan edildi – Əraziyə hərbçilər göndərildi

Dünya

18 İyul 2025 16:43 449


Türkiyənin Ordu bölgəsində dənizin 150 metrliyində 1,5 metr diametrli obyekt tapılıb.

Yenisabah.az xəbər verir ki, həmin yerə araşdırmaçı qrup göndərilib.

Rayonun Sülüburnu ərazisində, Yason burnu yarımadasından təxminən 700 metr aralıda dənizə girən dalğıclar sahildən təxminən 150 metr aralıda və 8 metr dərinlikdə 1,5 metr diametrində mina olduğu düşünülən obyekt aşkar ediblər. pizza hut

Səlahiyyətlilərlə aparılan müzakirələrdən sonra obyektin partladılmış mina olduğu, lakin qoruyucularının bütöv olduğu müəyyən edilib. Ərazidə təhlükəsizlik tədbirləri görülüb, müəyyən ərazilərdə suya tullanma və üzgüçülük fəaliyyətləri müvəqqəti dayandırılıb.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!