Bu ərazilər Azərbaycanın nəzarətinə keçir   - Şahnazaryan

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazilər Azərbaycanın nəzarətinə keçir - Şahnazaryan

Rəsmi

30 Mart 2021 22:05 2150


Qırmızı Bazar ərazisinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçməsi üçün danışıqlar gedir.

Yenisabah.az xəbər verir ki, bu sözləri Ermənistanın strateji araşdırmalar mərkəzinin rəhbəri Qrant Məlik-Şahnazaryan bildirib.

“Bir ay əvvəl xəbərdarlıq etdim ki, bu kəndi nəzarətdə saxlamaq lazımdır. Amma artıq gecdir. Bu torpaqların Azərbaycana verilməsi işlərinə artıq start verilib. Bundan başqa, yaxın vaxtlarda Kəlbəcər rayonunun bütün ərazisi Azərbaycan tərəfinə təhvil veriləcək”, - deyə erməni ekspert qeyd edib. Toyuqlu pizza

Qeyd edək ki, 1991-ci ildə Milli Məclis Ağdərə rayonunu ləğv edərək, onun ərazisini Tərtər, Ağdam və Kəlbəcər rayonlarına verib. Beləliklə, Kəlbəcərin ərazisi 3 min kv/km-ya çatıb.

Ancaq Kəlbəcər rayonu hazırda sovet dövründəki inzibati ərazisi sərhədlərində (1936 kv/km) boşaldılıb. /Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!