Bu ərazilərdə İŞIQ OLMAYACAQ

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazilərdə İŞIQ OLMAYACAQ

Sosial

10 Sentyabr 2025 01:55 409


Yevlaxda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün Yevlax Elektrik Şəbəkəsində (EŞ) yerləşən 110/35/10 kV-luq "Yevlax" yarımstansiyasında təmir işləri aparılacaq. pizza hut

Bununla əlaqədar olaraq saat 03:00-dan 07:00-dək rayonun Duzdağ qəsəbəsi, Çobankərə, Nemətabad, Nərimanabad kəndlərində, eləcə də şəhərin bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!