Bu ərazilərdə İŞIQ OLMAYACAQ

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazilərdə İŞIQ OLMAYACAQ

Sosial

16 Sentyabr 2025 22:20 202


Culfada elektrik enerjisinin verilişində fasilələr olacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, Naxçıvan RETSİ tərəfindən 2025-2026-cı illər payız-qış mövsümünə hazırlıq çərçivəsində təsdiqlənmiş tədbirlər planına uyğun olaraq təmir-bərpa işləri aparılacaq. Toyuqlu pizza

Təmir işləri Çeşməbasar yarımstansiyasından qidalanan 35 kV-luq Əbrəqunus hava xəttində görüləcək. Bu səbəbdən 35/10 kV-luq Əbrəqunus yarımstansiyasında gərginlik olmayacaq.

Sentyabrın 17-də, saat 10:00-13:00-dək Camaldın, Bənəniyar, Saltaq, Göydərə, Əlincə, Xanəgah, Xoşkeşin, Gal, Şurut, Milax, Qazançı, Boyəhməd və Ləkətağ kəndlərində elektrik enerjisində fasilələr gözlənilir.

Qeyd olunur ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda mərhələli təmir işləri davam etdiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!