Prezident İlham Əliyev “Yol hərəkəti haqqında”, “Milli arxiv fondu haqqında”, “Avtomobil yolları haqqında” və “Mədəniyyət haqqında” qanunlara dəyişiklikləri təsdiq edib.
“Yeni Sabah” xəbər verir ki, “Yol hərəkəti haqqında” qanuna edilən əlavəyə görə nəqliyyat vasitələrinin hərəkəti tarix və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda həmin ərazidə nəqliyyarın hərəkəti qadağan ediləcək.
“Milli arxiv fondu haqqında”qanunun 22-ci maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilib: Dördpendirli pizza
“Sənəd abidələrinin xaricə müvəqqəti aparılması “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə uyğun olaraq həyata keçirilir.”.
“Avtomobil yolları haqqında” qanunun 29-cu maddəsinin beşinci və altıncı hissələri ləğv edilsin.
“5. Yoldan istifadəyə məhdudiyyətlər və ya istifadənin tam dayandırılması haqqında qərarlar avtomobil yoluna aidiyyəti olan müvafiq icra hakimiyyəti orqanları və yolun mülkiyyətçiləri tərəfindən qəbul edilir.
6. Hərəkətin təhlükəsizliyi üçün yol şəraiti real təhlükə yaratdığı hallarda müvafiq icra hakimiyyəti orqanı yol mülkiyyətçilərinə hərəkətin qadağan olunması barədə göstəriş vermək hüququna malikdir”.
“Mədəniyyət haqqında” qanunun 43.0.8-ci maddəsinə “mədəni sərvətlərin” sözlərindən əvvəl “bu Qanunun 39.2-ci maddəsi nəzərə alınmaqla,” sözləri əlavə edilib.
Telegram kanalımız