Bu ərazilərdə yaşayanlara ŞAD XƏBƏR - Dəmir yolu xətləri çəkilə bilər

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazilərdə yaşayanlara ŞAD XƏBƏR - Dəmir yolu xətləri çəkilə bilər

Sosial

20 İyun 2025 15:13 378


"Yeni stansiyaların açılması ilə bağlı müzakirələr gedir. Xüsusilə də Ceyranbatan istiqamətində…".

Yenisabah.az xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, Xırdalan-Sumqayıt-Bakı istiqamətindəki elektrik qatarlarının Ceyranbatanda da stansiyasının olması təklif olunur. Marqarita pizza

Ekspert onu da bildirib ki, başqa bir neçə istiqamət var ki burada yeni stansiyaların tikilməsinə ehtiyac var. Bununla bağlı Azərbaycan Dəmir Yolları müayinələr aparır.

"Müxtəlif araşdırmalar həyata keçirilir. Bir çox istiqamətlərdə metro xətlərinin çəkilməsi mümkün olmayacaqsa, həmin yerlərdə də dəmir yolu xətlərinin çəkilməsinə ehtiyac yaranacaq. Bu hal Xırdalan qəsəbəsi ilə bağlı müzakirələrdə özünü göstərir. Çünki Xırdalana ya metro çəkilməlidir, ya da dəmir yolu. Hazırda ikisindən biri müzakirə olunur. Dövlət hansını dəstəkləsə o da olacaq" - deyə ekspert vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!