Bu ərazilərə qar yağır -   FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

Sosial

09 Mart 2026 11:52 267


Azərbaycan ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə qar yağır.

Bu barədə “Yeni Sabah”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Qarın hündürlüyü Şahbuzda 41, Zaqatalada (Əlibəy) 28, Daşkəsən, Qrızda (Quba) 20, Kəlbəcər, Xınalıqda 17, Qaxda (Sarıbaş) 16, Lerikdə 15, Laçın, Qubadlı, Qusarda (Laza) 14, Şəki (Kişçay), Xızıda 11, Şahdağda 8, Şuşa, Gədəbəy, Oğuzda 7, Yardımlı, Xaltan, Şabranda 6, İsmayıllıda 5, Qəbələdə 4, Göygöldə 3, Xankəndi, Xocalı, Füzuli, Qobustanda 2 sm-dir. Toyuqlu pizza

Düşən yağıntının miqdarı Astarada 25, Lənkəranda 23, Ağsuda 10, Sabirabadda 9, Balakəndə 8, Göyçay, Zərdabda 6, Cəlilabad, Beyləqan, Kürdəmirdə 5, Mingəçevir, İmişli, Biləsuvar, Ağdamda 4, Tərtər, Bərdə, Yevlaxda 3, Bakı və Abşeron yarımadasında eləcə də Şamaxı, Naxçıvan, Şərur, Culfa, Ordubad, Sədərək, Naftalan, Gəncə, Xaçmaz, Goranboy, Neftçalada 1 mm-dir.

Naftalan, Balakən, Qax (Sarıbaş), Şəki, Şamaxı, Qrızda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!