Bu ərazilərə qış geri qayıdıb –   4 gün qar yağacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazilərə qış geri qayıdıb – 4 gün qar yağacaq

Dünya

09 Aprel 2025 14:49 473


Türkiyəyə qış geri qayıdıb. Yaz fəsli olmasına baxmayaraq, ölkə ərazisində qarlı və şaxtalı hava hökm sürür. Qar yağışının hələ 4 gün boyunca davam edəcəyi bildirilib. 

Yenisabah.az xəbər verir ki, ölkənin Meteorologiya Nazirliyi tərəfindən verilən məlumatda Cənubi və Daxili Egey, Aralıq dənizi, İç Anadolu, Qara dəniz və Şərqi Anadolu ilə Cənub-Şərqi Anadolunun şimal və şərqinin yağışlı keçəcəyi təxmin edilir. 

Yağıntının əsasən yağış və leysan xarakterli olacağı, cənub və şərq rayonlarında arabir şimşək çaxacağı, daxili Qara dəniz bölgəsi və Şərqi Anadolunun şimal yüksəkliklərində sulu qar və qar yağacağı gözlənilir. Yağışların İç Anadolunun şərqində, Orta Qara dənizdə, Şərqi Qara dənizin şərqində və Şərqi Anadolunun şimal-qərb və cənub-şərqində yerli olaraq şiddətli olacağı təxmin edilir. Şərqi Anadolunun Cənub-Şərqi və Cənub-Şərqi Anadolu bölgələrində toz daşınması ehtimal edilir. Dördpendirli pizza

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!