Bu əraziyə qar yağdı - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Bu əraziyə qar yağdı - FAKTİKİ HAVA

Sosial

16 Noyabr 2025 10:15 526


Noyabrın 16-sı saat 9:00-a olan faktiki hava açıqlanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Verilən məlumata görə, noyabrın 16-sı saat 9:00-a olan məlumatına əsasən, bəzi yerlərdə arabir yağış, Murovdağ yüksəkliyinə isə zəif qar yağıb. pizza mizza

Düşən yağıntının miqdarı Kəlbəcər, Laçın, Qubadlı, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Xaçmaz, Quba, Zərdab, Biləsuvarda 1 mm-dək qeydə alınıb. Biləsuvar, Cəfərxan, Şəmkir, Şəki, Şamaxı, Xaltan, Yevlax, Göyçay, Lerik, Daşkəsən, Göygöl, Qax, İsmayıllı, Qobustan, Altıağacda duman müşahidə olunub.

Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 18, Naxçıvan MR 17, Aran rayonlarında 19, dağlıq rayonlarda 11 dərəcəyədək isti qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!