Azərbaycanın Gürcüstandakı səfirliyində yerli mətbuat üçün brifinq təşkil olunub.
Yenisabah.az xəbər verir ki, Gürcüstanın aparıcı telekanalları, yazılı və elektron KİV-ləri Azərbaycan-Ermənistan cəbhə xəttindəki son vəziyyət barədə məlumatlandırılıb.
Səfirliyin müşaviri Eldar Bayramov ötən gün Ermənistanın humanitar atəşkəs rejimini kobudcasına pozaraq döyüş bölgəsindən uzaqda yerləşən Gəncə şəhərini raket hücumuna məruz qoyduğunu diqqətə çatdırıb: Pepperoni pizza
"Müharibə cinayəti nəticəsində qadın və uşaqlar daxil olmaqla 9 mülki şəxs həlak olub, 34 nəfər yaralanıb. Bu, Ermənistanın barbarlığını bir daha sübut edir. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməklə yanaşı, beynəlxalq qanunlara riayət etmir və humanizmə zidd addımlara əl atır".
Diplomat deyib ki, Azərbaycan Ermənistanın müharibə cinayətlərini kəskin şəkildə qınayır. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət işğalçı Ermənistanın bu addımlarına adekvat reaksiya verməli və öhdəliklərini yerinə yetirməyə çağırmalıdır.
Mətbuat təmsilçilərinə Gəncə terrorunu əks etdirən fotoslaydlar nümayiş etdirilib. (Report)
Telegram kanalımız