Bu ət satışı məntəqəsi qanunsuz işləyirmiş

saytların hazırlanması

Evə çatdırılma

Bu ət satışı məntəqəsi qanunsuz işləyirmiş

Sosial

15 Sentyabr 2025 15:20 182


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları nəzarət tədbirləri çərçivəsində İsmayıllı rayonunun Cülyan kəndində fəaliyyət göstərən, fiziki şəxs Şirvan Aslan oğlu Salmanova məxsus ət satışı məntəqəsində yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Yeni Sabah"a verilən məlumata görə, yoxlama zamanı məntəqənin qeydiyyatdan keçmədən qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb. Həmçinin sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, ətlərin açıq hava şəraitində satışa çıxarıldığı, müvafiq təmizlik işlərinin görülmədiyi, işçinin tibbi müayinəyə cəlb olunmadığı və digər nöqsanlar müəyyən edilib.

Faktla bağlı qanunverciliyə uyğun olaraq məntəqənin fəaliyyəti məhdudlaşdırılıb, sahibi barəsində inzibati tədbir görülüb. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!