“Bu evlər artıq sosial mənzil kontekstində təqdim olunmamalıdır“ - Ekspert

saytların hazırlanması

Evə çatdırılma

“Bu evlər artıq sosial mənzil kontekstində təqdim olunmamalıdır“ - Ekspert

Sosial

22 İyul 2019 12:46 1786


Sosial mənzillər satışa çıxarıldığı gündən bəri bu mövzudakı qalmaqallar bitmək bilmir. İstər sosial mənzil sahibi olmaq üçün qoyulan tələblər, istərsə də mənzillərin onlayn satış prosesisinin 30-40 saniyə çəkməsi tənqid edilir.

Daha 3000 sosial mənzilin tikiləcəyi açıqlanıb. Bəs bu addım Bakının mənzil problemini həll edə biləcəkmi?

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı “Yeni Sabah”a bildirib ki, bu mənzillər artıq sosial mənzil deyil, “ucuz mənzil” kontekstində təqdim olunmalıdır: Marqarita pizza

“Bu sosial lahiyə formatından çıxıb. Çünki sosial mənzil anlayışı bir qədər fərqlidir, həm qanunvericilik, həm də prosedur baxımından. Bu Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə tikilən qismən ucuz qiymətə satılan məznillərdir. Belə deyək, müəyyən kategoriyalar var ki, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına xidmət edilir. Buraya dövlət qulluqçuları, hərbi qulluqçular, şəhid ailələri və şəhidin birbaşa ailə üzvləri, milli qəhrəman və milli qəhrəmanın ailə üzvləri, məcburi köçkünlər, idman sahəsi üzrə xüsusi nailiyyətləri olan şəxslər, 5 ildən artıq müddətdə məktəbdə çalışmış müəllim, elmi dərəcəsi olan və hazırda fəaliyyətdə olan şəxslər daxildir. Mütləq yaş məhdudiyyəti də nəzərə alınır. Bu  saydığımız şəxslərin əksəriyyəti  layihə təqdim olandan dərhal sonra mənzil almaq üçün müraciət ediblər. Onların arasında elə şəxslər var ki, ailə üzvlərinin sayı 4 və 4-dən artıqdır və aylıq gəliri isə 500 azndən aşağıdır. Müvəkkil banklar tərəfindən araşdırılaraq məlum olub ki, onların ödənişlə bağlı riskləri həddən artıq yüksəkdir və onlara uzun müddətli kredit yolu ilə faizlərin verilməsi gələcəkdə ödənişlə bağlı problemlərə yol aça bilər. Bu mənzillərlə bağlı ipoteka haqqında qanunvericiliyinə edilmiş dəyişikliklər nəticəsində sənədlərin qəbulu və proseslərə baxılması prosesi daha çox kommersiya banklarının səlahiyyətindədir. Əgər bank qəbul etdiyi vətəndaşın aylıq gəlirlərini qiymətləndirərkən belə bir qənaətə gəlsə ki, həmin şəxsə bu gün mənzil vermək olmaz, kredit düşmür, o şəxslər bu mənzillərdən yararlana bilmiyəcəklər".

Ekspert bu mənzillərin Bakının mövcud mənzil probleminə təsirindən də danışıb:

“Birinci layihədə təxminən 1700 ə yaxın mənzil var idi və 3 ilə yaxındır ki, bu layihə icra olunur. Mən hesab edirəm ki, bu 1700 mənzilin paylanıb satılması hardasa 5 il müddətini əhatə edəcək. Qeyd edim ki, Hövsan ərazisində paralel olaraq layihə həyata keçirilir və burda da 3000 mənzil nəzərdə tutulub. Təqribən ilkin mərhələdə ilk 3 ay ərzində müraciət edənlərin sayı 10 mindən yuxarı idi. Bayaq da qeyd etdiyim kimi onların hamısına dediyim səbəblərdən ötrü mənzil düşmür amma buna baxmayaraq müraciətlər çoxdur. Əgər kategoriyaların sayını artırsaq, yenə də onların hamısını mənzillə təmin etmək mümkün deyil. Ən azı belə lahihələrin sayı 4-5-ə çatsa, hardasa bəlkə təmin etmək olar.”

R.Osmanlı mənzillərin 30 saniyə ərzində satılması məsələsinə də münasibəti bildirib:

“Mən konkret şəkildə o proseslə tanış deyiləm, müraciətlə və satışın həyata keçirilməsi ilə yaxından maraqlanmamışam. Amma belə hesab edirəm ki, mənzillərin onlayn şəkildə belə qısa zaman kəsiyində satılması mümkündür".

Sabrina


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!