“Bu fond qondarma, mənasız, işləməyən bir qurumdur” -   Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Bu fond qondarma, mənasız, işləməyən bir qurumdur” - Deputat

Siyasət

17 May 2019 18:44 1381


 “Əmək Məcəlləsinə edilən dəyişikliklə məsələ onunla bağlıdır ki, dövlət büdcəsindən ayırmalar, Əməyin Mühafizəsi Fonduna müəssisələrin mənfəətindən ayırmalar olmayacaq və s. Qeyd olunur ki, ancaq müəssisələr vətəndaşların könüllü ödəmələri və başqa ödəmələr hesabına təşkil olunacaq”.

“Yeni Sabah” xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu günkü iclasında deyib. Deputat bildirib ki, layihədə  qeyd olunan vətəndaşların könüllü ödəmələri ilə bağlıdır: 

“Hansı vətəndaş mülkiyyət növündən asılı olmayaraq - xüsusi mülkiyyət, bələdiyyə mülkiyyəti, dövlət mülkiyyəti olsun fərqi yoxdur – hansısa müəssisəyə işçilərinin mühafizəsini yaxşı təmin etmk üçün pul verəcək? Bu qeyri-realdır. Bunun faktiki olaraq qanunvericiliyə daxil edilməsinin mənası başa düşülmür. Ona görə ki, 5-ci bənddə qeyd olunur ki, müəssisədə Əməyin Mühafizəsi Fondunun vəsaiti yalnız işçilərin əmək şəraitinin və təhlükəsizliyinin normativ tələblərə çatdırılması və ya müəssisədə mövcud olan əməyin mühafizəsi səviyyəsinin yüksəldilməsi tədbirlərində istifadə edilə bilər.  pizza mizza

Bu da hər bir sahibkarın vəzifəsi, borcudur ki, Konstitusiyanın tələblərinə uyğun olaraq əməyin mühafizəsini təşkil eləsin. Ona görə də təklif edirəm ki, Əməyin Mühafizəsi Fondu qondarma, mənasız, işləməyən bir qurumdur. Bunu çıxarmaq lazımdır. Onsuz da hər bir müəssisənin vəzifəsidir ki, əməyin mühafisəzisini təşkil eləsin və bunun üçün vəsait ayırsın. Əgər bu olmasa əmək təhlükəsizliyi ilə məşğul olan dövlət qurumları tərəfindən həmin müəssisənin fəaliyyəti dayandırılmalıdır. Ona görə də, 221-ci maddənin Əmək Məcəlləsindən çıxarılmasını təkilf edirəm”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!