"Sumqayıt"ın futbolçusu Rəhim Sadıxov millimizdə keçirdiyi ilk oyun barədə fikirlərini bölüşüb.
Yenisabah.az xəbər verir ki, "Instagram" hesabında paylaşım edən 24 yaşlı yarımmüdafiəçi yığmanın formasını geyindiyi üçün qürur duyduğunu yazıb:
"Bütün azarkeşlərə və bizə hər bir halda dəstək verən, narahat olan və inananlara təşəkkür etmək istəyirəm. Damarımda Azərbaycan qanı axarkən bu komandanın formasını geyindiyim üçün qürur duyuram. Əminəm ki, daha vacib qələbələr hələ qarşıdadır!". Pepperoni pizza
Qeyd edək ki, R.Sadıxov UEFA Millətlər Liqasının II turunun Kiprlə səfər oyununda (1:0) meydana çıxaraq Azərbaycan yığmasında debüt edib.
Telegram kanalımız