Bu futbol klubunun 30 üzvündə koronavirus aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Bu futbol klubunun 30 üzvündə koronavirus aşkarlandı

İdman

06 Noyabr 2020 20:33 976


Futbol üzrə Portuqaliya çempionatında çıxış edən "Moreyrense" klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, komandanın 21 futbolçusunun testi müsbət nəticələnib.

Bundan əlavə, baş məşqçi və texniki heyətin bütün üzvlərində infeksiya aşkarlanıb. İdarə heyətinin sədri də koronavirusa yoluxub və ümumilikdə 30 şəxsin testi müsbət nəticə verib. pizza mizza

"Moreyrense" çempionatda "Pasuş de Ferreyra" ilə matçın təxirə salınmasını tələb edib.

Qeyd edək ki, qarşılaşma noyabrın 7-də Bakı vaxtı ilə saat 19:30-da başlamalıdır. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!