İngiltərənin “Arsenal” klubunda daha bir ayrılıq yaşanıb. “Topçular”ın ingilis yarımmüdafiəçisi Cek Vilşerin “Norviç Siti”yə transferi rəsmiləşib.
Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, Vilşerin keçidini “Arsenal”ın baş məşqçisi Mikel Arteta da təsdiq edib. 32 yaşlı futbolçu son illər London təmsilçisinin heyətində yer tapmaqda çətinlik çəkirdi.
Bir vaxtların ən istedadlı futbolçularından sayılan Cek Vilşer qeyri-adi oyun tərzi ilə seçilirdi. Həmyerlilərinin oyun tərzindən daha çox ispanvari qısa paslar və texniki keçidləri ilə fərqlənən Vilşer bir zamanların yeni “Xavi və İniesta”sı sayılırdı. pizza sifarişi
Nazim Hacıyev
Telegram kanalımız