Bu futbolçu gələcəyin ulduzu olacaq -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Bu futbolçu gələcəyin ulduzu olacaq - FOTO

İdman

26 Oktyabr 2024 10:19 860


“Tottenhem”in gənc futbolçusu Miki Mor UEFA Avropa liqası çərçivəsində dünən baş tutan “AZ Alkmaar” oyununda göstərdiyi performansla diqqətləri üzərinə çəkib. Komanda yoldaşı Ceyms Medson 17 yaşlı vinqerin oyunu ilə bağlı “ikinci Neymar” bənzətməsini edib.

Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, Miki Mor London təmsilçisinin alt yaş komandalarında yetişib. Milliyətcə ingilis olsa da, oyun tərzi baxımından braziliyalılara bənzədilir. 

Bir çox futbol mütəxəssislərinə görə, Miki Mor gələcəyin superstarlarından biri olacaq. Sürətli və qətiyyətli oyun tərzi ilə yanaşı, yüksək texniki göstəricilərə sahib olan ingilis futbolçu, indidən bir çox klubların diqqət mərkəzindədir. Dördpendirli pizza

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!